İran xəbərdarlıqlara məhəl qoymur: Nüvə proqramı davam etdirilir

İran xəbərdarlıqlara məhəl qoymur: Nüvə proqramı davam etdirilir
DÜNYA
16:40 08.08.2026
228
ABŞ-nin 2025 və 2026-cı illərdə İranın üç əsas nüvə obyektinə endirdiyi zərbələr Tehranın proqramını tam dayandırmayıb, sadəcə onun icrasını ləngidib.

AZXEBER.COM Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "The New York Times" nəşri rəsmilərə və mütəxəssislərə istinadən məlumat yayıb.

Tehran BMT müfəttişlərinin ən həssas nüvə mərkəzlərinə girişinə qadağa qoyub, bu səbəbdən yüksək dərəcədə zənginləşdirilmiş uranın hazırkı vəziyyəti barədə dəqiq məlumat yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qiymətləndirmələrinə görə, İranın əlində 60 faizədək zənginləşdirilmiş təxminən 440 kq uran qala bilər ki, bunun da əsas hissəsinin İsfahan yaxınlığında saxlanıldığı ehtimal edilir. Bu miqdarda uran əlavə zənginləşdirildikdən sonra doqquz və ya on nüvə bombası hazırlamaq üçün kifayət edə bilər. ABŞ kəşfiyyatı İranın həmin ehtiyatlara hələ də nəzarət etdiyini düşünür.

Hücumlar nəticəsində Fordo və Natanzdakı obyektlərə ciddi ziyan dəysə də, infrastrukturu tamamilə sıradan çıxarmaq mümkün olmayıb. Natanz yaxınlığında yerləşən və sentrifuqaların istehsalı üçün nəzərdə tutulan Pikaks dağı ətrafındakı yeraltı kompleksin inşası İran tərəfindən davam etdirilib. İran üzrə mütəxəssis, fizik Ceyms Ekton hesab edir ki, nəzarət mexanizmləri olmadığı təqdirdə Tehran bir ildən də az müddətdə nüvə silahı əldə etmək potensialına malikdir.
OXŞAR XƏBƏRLƏR