Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. AZXEBER.COM xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,23 dollar və ya 1,31% artaraq 95,16 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 93,93 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.