Zidanın maaşı açıqlandı - Fantastik məbləğ

Zidanın maaşı açıqlandı - Fantastik məbləğ
İDMAN
13:26 29.09.2026
221
Beş illik fasilədən sonra məşqçiliyə qayıdan və Fransa millisinin baş məşqçisi təyin olunan Zinəddin Zidanın maaşı açıqlanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransa millisinin UEFA Millətlər Liqasında Türkiyə və Belçika üzərində qələbə qazanaraq keçirdiyi iki oyunda iki qələbə əldə etməsindən sonra Zidanın gəliri ilə bağlı yeni detallar ortaya çıxıb.

Fransanın "L’Equipe” nəşrinin məlumatına görə, Zidan Fransa millisinin baş məşqçisi kimi aylıq 300 min avro brüt sabit maaş alır.

Fransa millisində futbolçulara sponsorluq müqavilələri çərçivəsində hər oyun üçün təxminən 22 min avro imic hüququ ödənilir. Baş məşqçi üçün isə bu məbləğ təxminən iki dəfə çox – 44 min avro təşkil edirdi.

Lakin Zidan vəzifəyə gəldikdən sonra baş məşqçi üçün nəzərdə tutulan imic hüququ ödənişindən imtina edib. Beləliklə, o, hər oyun üçün aldığı əlavə gəlirdən könüllü şəkildə vaz keçib.

Məlumata görə, Zidanın bu qərarında onun şəxsi sponsorluq müqavilələri də rol oynayıb. Belə ki, məşqçinin əməkdaşlıq etdiyi bəzi brendlər Fransa millisinin sponsorları ilə rəqabət aparır.

Zidanın imic hüququ ödənişindən imtinasının isə Dünya Kuboku və Avropa çempionatı kimi böyük turnirlərdə nəzərdə tutulan daha yüksək uğur bonusları ilə kompensasiya edildiyi bildirilir.

Fransa millisinin bu turnirlərdə uğurlu çıxış edəcəyi təqdirdə 54 yaşlı mütəxəssisin daha yüksək gəlir əldə edə biləcəyi qeyd olunur.
 
Gülay
OXŞAR XƏBƏRLƏR