Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
MAQAZİN
09:50 03.10.2026
191
ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub.

Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında baş verib.

46 yaşlı aktyor "Aeronca Champion” markalı təyyarəni idarə edib. Təyyarədə onun pilotluq öyrətdiyi bir qadın sərnişin də olub. Qəza nəticəsində hər iki şəxs həyatını itirib.

Qəzanın səbəbi hələlik məlum deyil. ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırma aparır.

Qay Kapulnik uşaqlıqdan aviasiya ilə maraqlanıb. Aktyorluğa başlamazdan əvvəl İsrail Müdafiə Ordusunun xüsusi axtarış-xilasetmə bölməsində xidmət edib. Son illərdə isə uçuş təlimçisi kimi fəaliyyət göstərib və bunun üçün müvafiq lisenziyaya sahib olub.

O, aktyor kimi isə 2009-cu ildə ekranlara çıxan və Venesiya Film Festivalında "Qızıl Şir” mükafatına layiq görülən "Livan” filmindəki rolu ilə tanınıb. Aktyor İsrail və beynəlxalq istehsalı olan bir sıra layihələrdə də rol alıb.
 
///publika///

OXŞAR XƏBƏRLƏR