Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib
SİYASƏT
09:37 16.10.2026
235
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.

"Pakistanın qardaş xalqına Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verir və təəssüfümüzü bildiririk. Həyatını itirənlərin ailələrinin kədərini bölüşür, bu faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 34 şagird və 1 müəllimə həlak olub.

OXŞAR XƏBƏRLƏR