Prezident fərman imzaladı

Prezident fərman imzaladı
SİYASƏT
13:14 16.10.2026
460
Prezident İlham Əliyev "Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə fərman imzalayıb.

AZXEBER.COM fərmanın mətnini təqdim edir:

1. "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1740 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2308 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) 1 – 3-cü hissələri ləğv edilsin.

2. "Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232, № 5, maddə 444, № 7, maddə 658, № 9, maddə 817, № 11, maddə 1018, № 12 (I kitab), maddə 1151; 2026, № 2, maddə 123, № 5 (I kitab), maddə 419, № 7 (I kitab), maddələr 645, 666, 668; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 2 oktyabr tarixli 796 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Əlavə 1 – "Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 29.10-cu, 29.25-ci və 29.28-ci bəndlər ləğv edilsin;

2.2. 30-2-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 30-3–30-5-ci hissələr əlavə edilsin:

"30-3. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəhbəri;

30-4. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin rəhbəri;

30-5. Azərbaycan Elm Fondunun rəhbəri.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948; 2025, № 1, maddə 29, № 3, maddə 224, № 7, maddə 662, № 11, maddə 1018; 2026, № 6, maddə 518, № 7 (I kitab), maddələr 652, 668, № 8, maddələr 804, 807) ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 5-ci, 33-cü, 38–40-cı, 41-ci, 42-ci və 45–49-cu hissələri ləğv edilsin.

4. "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 21 (Cild I); 2026, № 2, maddə 128) 3–5-ci və 10-cu hissələri ləğv edilsin.

5. "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 118 (Cild I); 2026, № 2, maddə 128) 1-ci və 2-ci hissələri ləğv edilsin.

6. "Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 328 (Cild I) 2–4-cü hissələri ləğv edilsin.

7. "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 5, maddə 453 (Cild I); 2024, № 3, maddə 255) 2-ci, 4-cü, 5-ci, 8-ci və 9-cu hissələri ləğv edilsin.

8. "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 745 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28, № 8, maddə 777) 2–4-cü və 6-cı hissələri ləğv edilsin.

9. "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1757 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 746 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28, № 8, maddə 777) 2–4-cü və 6-cı hissələri ləğv edilsin.

10. "Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 oktyabr tarixli 1855 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1132 (Cild I) 2-ci, 4–6-cı və 8-ci hissələri ləğv edilsin.

11. "Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 1880 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1257 (Cild I) 1-ci, 2-ci və 5-ci hissələri ləğv edilsin.

12. "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 655 (Cild I); 2024, № 4, maddə 373, № 7, maddə 794; 2025, № 1, maddə 28, № 8, maddə 777) 2–4-cü və 6-cı hissələri ləğv edilsin.

13. "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 avqust tarixli 2287 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1154 (Cild I) 2-ci hissəsində "Agentliyi İdarə Heyətinin sədrinə” sözləri "Agentliyinin rəhbərinə” sözləri ilə əvəz edilsin.

14. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 372; 2025, № 1, maddə 28, № 7, maddə 661, № 8, maddə 777) 2–4-cü və 6-cı hissələri ləğv edilsin.

15. "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 793; 2025, № 1, maddə 28, № 8, maddə 777) 2–4-cü və 6-cı hissələri ləğv edilsin.

16. "Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 12 (II kitab), maddə 1359) 2-ci, 3-cü hissələri və 7.1-ci bəndi ləğv edilsin.

17. "İşğaldan azad olunmuş ərazilərdə tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 492 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 8, maddə 777) 1.1-ci və 1.2-ci bəndlərindən "publik” sözü çıxarılsın.

18. "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 564 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 12 (II kitab), maddə 1155; 2026, № 8, maddə 807) 1-ci hissəsinin cədvəlində aşağıdakı dəyişikliklər edilsin:

18.1. 1.1.4.12-ci abzasda "Azərbaycan Elm Fondu” publik hüquqi şəxs” sözləri "Azərbaycan Elm Fondu” sözləri ilə əvəz edilsin;

18.2. 1.1.4.13-cü abzasda "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs” sözləri "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” sözləri ilə əvəz edilsin;

18.3. 1.2.5.4-cü abzasda "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxs” sözləri "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” sözləri ilə əvəz edilsin;

18.4. 1.7.2.6-cı abzasda "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs” sözləri "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” sözləri ilə əvəz edilsin;

18.5. 1.9.4.1-ci abzasda "Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs” sözləri "Balıqçılıq və Akvakultura Mərkəzi” sözləri ilə əvəz edilsin;

18.6. 1.11.6.10-cu abzasda "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs” sözləri "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

18.7. 1.11.6.16–1.11.6.20-ci abzaslarda "publik hüquqi şəxs” sözləri "Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

19. "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli 692 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 432 (Cild I) 1-ci hissəsində "İdarə Heyətinin sədri” sözləri "rəhbəri” sözü ilə əvəz edilsin.

20. "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942 (Cild I); 2025, № 12 (I kitab), maddə 1151) birinci hissəsində "İdarə Heyəti sədrinin” sözləri "rəhbərinin” sözü ilə, "İdarə Heyətinin sədri” sözləri "rəhbəri” sözü ilə əvəz edilsin.

21. "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826 (Cild I) 3-cü hissəsində birinci halda "İdarə Heyətinin sədri” sözləri "rəhbəri” sözü ilə əvəz edilsin.

22. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 723 (Cild); 2025, № 8, maddə 749) 1-ci hissəsində "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri” abzası ləğv olunsun və həmin hissəyə "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin rəhbəri”.

23. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 248 (Cild I) 1-ci hissəsində "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri” abzası ləğv olunsun və həmin hissəyə "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin rəhbəri”.

24. "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1288 (Cild I); 2025, № 2, maddə 115) 1-ci hissəsində ikinci halda "icraçı direktoru” sözləri "rəhbəri” sözü ilə əvəz edilsin.

25. "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1969 (Cild I) 1-ci hissəsində "İdarə Heyətinin sədri” sözləri "rəhbəri” sözü ilə əvəz edilsin.

26. "İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 mart tarixli 1937 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 319 (Cild I) 1-ci hissəsində "İdarə Heyəti sədrinin” sözləri "rəhbərinin” sözü ilə əvəz edilsin.

27. "Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiqi və "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 2818 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 oktyabr tarixli 3510 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1161 (Cild I) 1-ci hissəsi ləğv edilsin.

28. "Səfərbərlik və dövlət ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 aprel tarixli 3849 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 4, maddə 551 (Cild I) 1-ci hissəsində "Agentliyi İdarə Heyətinin sədri” sözləri "Agentliyinin rəhbəri” sözləri ilə əvəz edilsin.

29. "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 414 (Cild I) ləğv edilsin.

30. "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 may tarixli 3268 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 5, maddə 510 (Cild I); 2026, № 1, maddə 63) ləğv edilsin.

31. Bu Fərman "Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının 1-ci və 2-ci hissələrinə əsasən yaradılan müvafiq qurumlara münasibətdə onların əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edildiyi gündən, həmin Fərmanın 3-cü hissəsinə əsasən yaradılan məhdud məsuliyyətli cəmiyyətlərə münasibətdə isə onlar "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən tətbiq edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:58 16.10.2026
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR