Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil piyadanı vurub
SOSİAL
01:40 26.10.2026
205
Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Həsən bəy Zərdabi və İsmayıl Talıblı küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Changan A05” markalı avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Hadisə nəticəsində ağır xəsarətlər alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR