Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
SOSİAL
16:55 18.11.2026
55
Milli Hidrometeorologiya Xidməti noyabrın 19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

AZXEBER.COM xəbər verir ki, xəbərdarlığa əsasən, paytaxtda və yarımada ərazisində, eləcə də Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda cənub-şərq küləyi üstünlük təşkil edəcək. Küləyin sürətinin saniyədə 13.9–20.7 metr təşkil edəcəyi gözlənilir.

Xidmət nümayəndələri sarı xəbərdarlığın tələblərinə uyğun olaraq vətəndaşları ehtiyatlı olmağa, xüsusilə açıq sahələrdə və hündür tikililərin yaxınlığında təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
OXŞAR XƏBƏRLƏR