21 dekabrda valideynlər uşaqlarını məktəbə buraxmayacaq?

21 dekabrda valideynlər uşaqlarını məktəbə buraxmayacaq?
Bütün Xəbərlər
12:10 20.12.2012
1549

Milli.Az-ın məlumatına görə, Bakının bir sıra orta məktəblərində dərslərin olmayacağı ilə bağlı söz-söhbətlər dolaşır. Məsələn, Binə qəsəbəsində yerləşən 70 saylı orta məktəbdə də belə şayiələr yayılıb. Valideynlərin dediklərinə görə, şagirdlərə 20 və 21 dekabr tarixlərində dərsə gəlməmək tapşırılıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, dekabrın 21-də Bakının bütün orta məktəbləri adi qrafiklə işini davam etdirəcək. Sektor müdirinin sözlərinə görə, dekabrın 21-i onlar üçün fövqəladə deyil, adi bir gün olacaq. 

Z.Əliqızı valideynlərə müraciət edərək vurğuladı ki, şayiələrə inanmasınlar, uşaqlarını tədris prosesindən yayındırmasınlar: “Sabah hansısa valideynin uşağını məktəbə buraxmaması onlarn öz istəyidir. Amma məktəb tərəfindən dərsə gəlməmək kimi göstərişlər yoxdur”.

OXŞAR XƏBƏRLƏR