Ehtiram ayağa qalxaraq, üç dəfə “Allahu Əkbər!” qışqırıb.
Dünən axşam Səbail rayonunda qəribə hadisə baş verib, hadisənin nəticəsi olaraq 21 yaşlı Ehtiram Əbilov Kliniki xəstəxanaya gətirilib.
AZXEBER.COM Vesti.az-a istinadən bildirir ki, Səbail rayonu polis bölməsində aparılan ilkin istintaq zamanı, Ehtiram Əbilovun yaxınlarının sözlərinə görə hadisənin evdə şam yeməyi zamanı baş verdiyi müəyyən edilib.
Masa arxasında oturmuş Ehtiram gözlənilmədən ayağa qalxıb 3 dəfə “Allahu Əkbər!” qışqıraraq bıçağı qarnına sancıb.
Ehtiramın yaxınları onun namaz qıldığını söylədilər. Onlar şübhələnirlər ki, Əbilov radikal islamçıların təsiri altına düşüb, çünki axır vaxtlar özünü qəribə aparıb.
İstintaq-əməliyyat qrupu şahidlərin sözlərini yoxlayıblar. Doğmaların istintaqdan nə isə gizlətmələri də istisna deyil, amma əldə olan nəticələr hələ ki, ilkin versiyanın doğruluğunu təsdiqləyir.
Əbilov ağır vəziyyətdə olduğu üçün suallara cavab verə bilməyib.
Xatırladaq ki, 2013-cü ilin noyabr ayında buna bənzər hadisə Suraxanı rayonu Ramana qəsəbəsində baş verib.
25 yaşlı Elçin Zamanov qarın nahiyəsinə ağır bıçaq zərbələri yetirərək özünə xəsarət yetirib.
Zamanovun doğmalarının verdikləri məlumata görə, Zamanov axşam evə sərxoş vəziyyətdə gəlib. Bunu görən ana ona içməyin - həm də Məhərrəm ayında içməyin böyük günah olduğunu söyləyib. Elçin anasının tənbehinə kobud cavab verərək mətbəxə gedib, bıçağı götürərək “Allahu Əkbər!” sözləri ilə qarnına sancıb.
Suraxanı RPB-də qeyd ediblər ki, ana oğlu ilə xəstəxanaya getməyib. Zamanovu xəstəxanaya qardaşı aparıb.