21 yaşlı qız yoxa çıxıb, evdə qan izləri tapılıb

21 yaşlı qız yoxa çıxıb, evdə qan izləri tapılıb
Bütün Xəbərlər
17:20 13.01.2016
2643
Tovuz rayonunda 21 yaşlı qız yoxa çıxıb.
AZXEBER.COM  APA-ya istinadən bildirir ki, rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı yaşadığı evdən gedib və geri qayıtmayıb.
Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları Z.Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər. Məlumata görə, ötən gün itkin düşən Z.Məhərrəmova sonuncu dəfə evdə qardaşı, 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olub.
Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
OXŞAR XƏBƏRLƏR