Məşhur Türkiyə teleserialı "Öyle bir keçer zaman ki”də mərhəmətsiz "Ali kapitan" rolunu canlandıran aktyor Erkan Petekkaya xəstəxanaya yerləşdirilib. Aktyor qripə tutulub və iki gün çəkilişlərə gedə bilməyib. Vəziyyəti pisləşdiyindən Kadıköy Acıbadem xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, Petekkayaya bronxit diaqnozu qoyulub. Vəziyyəti o qədər də ağır olmadığından dərmanla müalicə olunur.//Ans Press