22 sentyabr mitinqi haqda 10 fakt

22 sentyabr mitinqi haqda 10 fakt
Bütün Xəbərlər
12:20 24.09.2013
1047
Hacıbəy Heydərli

Özünü “Demokratik qüvvələrin Milli Şurası adlandıran qurum dünən növbəti mitinqini keçirdi.

Mitinq haqda çox danışmaq istəməzdim.Ən azından bir stadionun meydanını doldura bilməyən “liderlərdən” nəsə fövqəladə mitinq gözləmək də gülünc olardı. Dünənki mitinqdə bir sıra məqamlar diqqətimi çəkdi. İstərdim ki, onu oxucularımızla paylaşım:1. Milli Şuranın vahid namizədi Cəmil Həsənli bir gün öncə İTV-dəki debatda demişdi ki, mitinqdə şuranın platforması açıqlanacaq. Ancaq 2 saat ərzində platforma sözünü eşidən olmadı.2. Mitinqdə hər zamankı abı-hava var idi. Mitinqlərdə qocalan və gəncliklərini orada məhv edən insanlardan başqa yeni simalara rast gəlmədik.3. Özlərini kreativ adlandıran gənclərin hazırladığı plakatları isə ən radikal müxalifətçi belə anlamadı. Görünən o idi ki, bu plakatlar bir-iki saata hazırlanmışdı və heç bir cəlbedicilik yox idi.4. Hər zaman olduğu kimi bu dəfə də müxalifətin mitinqində yaşı 18-ə çatmayan uşaqlar, yeniyetmələr var idi. Ən maraqlısı isə o idi ki, Cəmil Həsənlinin plakatları da bu uşaqların əllərinə verilmişdi.5. Hakimiyyətə iddia edən Milli Şuranın hakimiyyətə gələcəyi təqdirdə, nələr edəcəyini heç ən radikal müxalifətçi belə bilmir. Buna səbəb müxalif liderlərin öz platformalarını iqtidara şər, böhtan atmaq üzərində qurmağıdır. 6. 18 avqust mitinqində iştirakçılar Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun PR-ni aparırdılar, hətta onun böyük şəkli mitinq keçirilən əraziyə vurulmuşdu. Ancaq bu dəfə ümumiyyətlə, Rüstəm bəyi xatırlayan olmadı. Bu bir daha onu göstərdi ki, bir dəfə istifadə edib atmaq Azərbaycan müxalifətinin ən sevimli işidir.7. AXCP sədri Əli Kərimli bütün mitinqlərdə olduğu kimi, dünənki mitinqə də cangüdənləri ilə qatılmışdı. Əli bəyin kimdən və nə üçün qorunduğu hər kəsi düşündürən məsələlərdəndir. Özü də bu gün üçün Əli Kərimli ikinci planda qalan şəxsdir və onun varlığı, fikirləri heç kimə maraqlı deyil.8. Müsavat başqanı İsa Qəmbər isə budəfəki aksiyada yeni texnologiyalardan istifadə etdi. O “Iphone” ilə mitinq iştirakçılarını fotosessiya edirdi. Yəqin İsa bəy də Facebook-da “like” yığmaq eşqinə düşüb.9. Bir neçə il öncə siyasətdən getdiyini deyən İskəndər Həmidov dünənki çıxışında açıq şəkildə xalqı qırğına səslədi, insanları Prezident Administrasiyasına hücuma səslədi və bir daha öz çirkin niyyətini ortaya qoymuş oldu.10. Dünənki mitinqdə Azərbaycan hakimiyyətindən daha çox Müasir Müsavat Partiyası və partiyanın sədri Hafiz Hacıyev əleyhinə şüarlar səsləndirildi, plakatlar açıldı. Bu da onu göstərir ki, özünə müxalifət deyən adamlar ən yaxşı halda elə Müasir Müsavat Partiyasına rəqib ola bilərlər.Bütün bu faktlar bir daha onu deməyə əsas verir ki, 22 sentyabr mitinqi digərlərindən heç nə ilə fərqlənmədi. Həmişəki kimi pafoslu çıxışlar, boş vədlər, qarşı tərəfə şər, böhtan yağdırmaq...Bunlar Azərbaycan müxalifətinin ən gözəl bacardığı şeylərdi, bu adamların işləri yalnız sözdədir. İş görmək, konsepsiya irəli sürmək, platforma açıqlamaq Azərbaycan müxalifəti üçün yad anlayışlardı. Onlardan başqa gözləmək isə ən böyük sadəlövhlükdür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"