22 yaşlı fəhlə suda boğuldu - VİDEO

22 yaşlı fəhlə suda boğuldu - VİDEO
Bütün Xəbərlər
21:31 20.04.2013
864
Bu gün səhər 08:30 radələrində Kür çayının Şirvan şəhərindən keçən hissəsində bədbəxt hadisə baş verib. Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 8-ci km-də Kür çayı üzərində tikilməkdə olan körpüdə fəhlə kimi çalışan, Sabirabad rayonunun Qaragüney kənd sakini, 22 yaşlı Elxan Ələsgərov çaya düşərək boğulub. Ərazidə tikinti həyata keçirən və heç bir şey olmamış kimi, işləri davam etdirən şirkətin məsul şəxslərindən hadisə ilə bağlı məlumat almaq cəhdi baş tutmayıb.İş yoldaşları Elxan Ələsgərovun üzə bilməməsi səbəbindən batdığını deyiblər. Hazırda hadisə yerində FHN-nin xilasetmə qüvvələri tərəfindən gəncin axtarışları həyata keçirilir. Elxan Ələsgərovun doğmaları xilasetmə işlərinin lazımi səviyyədə aparılmamasından, axtarışa dalğıcların cəlb olunmamasndan narazıdırlar. Onu da deyək ki, hələ ailə həyatı qurmayan Elxan Ələsgərov hərbi xidmətdən yeni qayıtmışdı.
OXŞAR XƏBƏRLƏR