Avqustun 2-də Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan verilən məlumata görə, saat 18:00 radələrində Muğankənd kənd sakini 1990-cı il təvəllüdlü Ağayev Rauf Mirzəcan oğlu yaşadığı evin həyətində özünü asıb. 22 yaşlı oğlanın meyiti həyətdəki yardımçı tikilidə asılı vəziyyətdə tapılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
//lent.az