22 yaşlı gənc özünü asdı

22 yaşlı gənc özünü asdı
Bütün Xəbərlər
10:37 03.08.2012
1337

Avqustun 2-də Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan  verilən məlumata görə, saat 18:00 radələrində Muğankənd kənd sakini 1990-cı il təvəllüdlü Ağayev Rauf Mirzəcan oğlu yaşadığı evin həyətində özünü asıb. 22 yaşlı oğlanın meyiti həyətdəki yardımçı tikilidə asılı vəziyyətdə tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

//lent.az

OXŞAR XƏBƏRLƏR