22 yaşlı şirvanlı gənc itkin düşdü - FOTO

22 yaşlı şirvanlı gənc itkin düşdü - FOTO
Bütün Xəbərlər
16:53 12.08.2014
1567
“9 avqustda ad günü idi”.
9 avqust 1992-ci il təvəllüdlü Şirvan sakini Qasımov Məhərrəm Fəhmül oğlu 4 gündür yoxa çıxıb.
AZXEBER.COM xəbər verir ki, itkin düşmüş Məhərrəmin qardaşı Məhəbbət Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, qardaşının ad günündən bəri ondan xəbər ala bilmirlər.
“9 avqustda ad günü idi. Zəng vurub təbrik etdim, harada olduğunu soruşdum. “Çöldəyəm” dedi. O gündən bu yana qardaşımdan xəbər yoxdu. Nə telefonuna zəng çatır, nə də evə gəlməyib. Çox narahatıq. Hər yeri axtarırıq, tapa bilmirik. Heç kimdən şübhələnmirik. Biz sakit ailəyik, düşməni yoxdur”, - deyə Məhəbbət bildirir.
Qardaşının sözlərinə görə, Bakıda işləyən Məhərrəm Nərimanov rayonunda yaşayan bacısı Qasımova Jalənin yanında qalıb. 10 gün bundan qabaq isə işdən ayrılıb.
Yaxınları Məhərrəm Qasımovun itkin düşməsilə bağlı Şirvan rayon Polis İdarəsinə, Bakı şəhəri Nərimanov rayonu 17-ci Polis Bölməsinə müraciət ediblər.
OXŞAR XƏBƏRLƏR