Xaçmaz rayonunda 3 yaşlı uşağın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə mayın 25-də saat 15:00 radələrində qeydə alınıb. Elçin Əkbərovun idarə etdiyi "Hyundai" markalı avtomaşını geriyə hərəkət etdirən zaman qardaşının oğlu, 3 yaşlı Elçin Əkbərov avtomobilin altında qalıb.