Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən evlərində (səyyar) sosial-məişət xidməti göstərilən ahıl şəxslərdən 277 nəfəri müəllimlərdir.
AZXEBER.COM xəbər verir ki, sosial xidmətçilər onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər.
Evdə (səyyar) sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.
Agentliyin əməkdaşları Beynəlxalq Müəllimlər Günündə ahıl müəllimləri ziyarət edərək onları peşə bayramları münasibətilə təbrik ediblər.
Ahıllarımızın bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib.
Ziyarət edilən vətəndaşlar daim diqqət və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.











































