23 yaşlı 'Yeni Müsavat' - TƏBRİK

23 yaşlı
MEDİA
22:49 10.11.2012
1396

Həftədə 7 dəfə çıxan “Yeni Müsavat” qəzeti uzun və keşməkeşli yoldan keçib. İlk yarandığından gizli fəaliyyət göstərən və hər bir nömrəsinin ərsəyə gəlməsində böyük əziyyət çəkən “Yeni Musavat” qəzeti indi ad gününü adi iş rejimində keçirir.

Qəzetin əməkdaşı Elşad Paşasoyun sözlərinə görə, qəzetin kollektivi 23 illiyini iş başında keçirir: “Qəribə duyğular keçiririk. Vərəqlər şəklinə yayılan qəzet, indi əl-əl gəzir”.

Ümumilikdə 52 işçisi olan qazetdə 18 jurnalist fəaliyyət göstərir. Qazetlə parallel olaraq 2000-ci ildən “musavat.com” elektron portalı da fəaliyyətdədir. Qazetdə yetərincə təcrübəsi olan jurnalistlərlə yanaşı, gənclərə də yer verilir.

Qəzetin təsisçisi və baş redaktoru olan Rauf Arifoğlu yaşının tən yarısını “Yeni Müsavat”la bir addımladığını deyir: “14-15 ildir ki, qəzet bazarda və qəzet sənayesində liderliyi əldə saxlayıb. Qəzetin acılı, ağrılı, şirin, gözəl günləri olub. Əməkdaşlarımızdan dünyasını dəyişən, şəhid olanlar olub. Yeni gələn nəsillər var. Azərbaycanda qəzet çıxarmaq çətindir. Amma jurnalist olmaq dünyanın hər yerində çətindir. Amma bu bizim artıq taleyimizdir. Biz bu iş yerini həyat tərzi kimi, taleyimiz kimi yaşayırıq”.

Sonda qazetin bütün işçiləri və əməkdaşlarını ad günləri münasibəti ilə təbrik edib, onlara uğurlar arzu edirik.

OXŞAR XƏBƏRLƏR