25 yaşlı gəncin qatili tutulub

25 yaşlı gəncin qatili tutulub
Bütün Xəbərlər
11:20 29.09.2011
1680

Sumqayıtda 25 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb. Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində şəhər sakini, 1986-cı il təvəllüdlü Saleh Yusifov küçədə bıçaqla qətlə yetirilib.

Prokurorluğdan verilən məlumata görə, Yusifovun tanışı 21 yaşlı Qələmsar Nəsirov tərəfindən öldürüldüyü müəyyən olunub.

O, şübhəli şəxs kimi saxlanılıb.

Qətlin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR