25 yaşlı oğlanı bıçaqladılar

25 yaşlı oğlanı bıçaqladılar
Bütün Xəbərlər
15:14 09.07.2013
815

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1988-ci il təvəllüdlü Aslan Adil oğlu Şahqubatov naməlum şəraitdə bıçaqlanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, bıçaqlanan gəncin vəziyyəti orta ağırdır və yaralının müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Xaçmaz rayon Polis Şöbəsində verilən məlumata görə, A. Şagqubatov polisə özünü bıçaqladığı barədə məlumat verib. Aparılan araşdırmalar nəticəsində isə həmin şəxsin gecə saatlarında baş verən davada bıçaqlandığı məlum olub. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR