25 yaşlı qız özünü 7-ci mərtəbədən atdı

25 yaşlı qız özünü 7-ci mərtəbədən atdı
Bütün Xəbərlər
11:45 02.07.2012
2359
Bakıda intihar hadisəsi baş verib. 
Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib. Hadisə rayonun Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 9, mənzil 58 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 25 yaşlı Nərgiz Ələsgər qızı Məmmədova 7-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR