“Həcc qiymətləri Azərbaycanda baha deyil. Ona görə ki, mən Həcc ziyarətində görmüşəm. Azərbaycan ən ucuz ölkələrdən biridir. Mən 26 dəfə Həcc ziyarətində olmuşam, bilirəm ki nə var, nə yox”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinə müsahibəsində deputat, şeyxin qudası Hacı Qalib Salahzadə deyib.
O bildirib ki bu ilki Həcc qiymətləri ilə tanış olub: “ Mən də qiymətlərə baxdım, 500-550 dollar arasında artıb. Bu da onunla əlaqədardır ki, Məkkədə hotellər bahalaşıb. Ancaq bu bahalaşma cüzidir, elə də ciddi problem deyil. Qiymət artımı manatın ucuzlaşmasına görə deyil. təkan verib. Məkkədə böyük abadlıq işləri gedir axı. Bahalaşma da bununla əlaqədardır”.