26 yaşlı Bakı sakini mənzilində ölü tapılıb

26 yaşlı Bakı sakini mənzilində ölü tapılıb
Bütün Xəbərlər
13:03 25.11.2013
602
Bakıda mənzildə meyit aşkarlanıb.

AZXEBER.COM-un  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış 1987-ci il təvəllüdlü Samir Tahir oğlu Süleymanov hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Həkimlər tərəfindən aparılmış ilkin müayinə zamanı S. Süleymanovun vəfat etdiyi müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR