İsmayıllı rayonununda gənc süni göldə batıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Topçu kəndi ərazisində süni göldə 1994-cü il təvəllüdlü Zərbalıyev Hacı Hamlet oğlu batıb.
Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Onlar H.Zərbalıyevin meyitini taparaq, göldən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
///Qafqazinfo.az