Aksiya keçirilən məkanda polis əməkdaşları və jurnalistlər də öz peşə borclarını yerinə yetiriblər. Aksiya iştirakçısı biri Fuad Hüseynov bildirib ki, gənclər keçirdiyi etiraz aksiyası ilə söz haqqını tələb edir: "Sayımız yüzlərlədir, ancaq belə davam edərsə sayımız daha da artacaq". F.Hüseynov onu da əlavə edib ki, lazım gələrsə mitinqlər gələcəkdə də baş tuta bilər və tutacaq.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyib. Məlumata görə,10 nəfər həbs edilib.