28 May Müstəqillik gününə həsr olunmuş konsert keçirilib - FOTOLAR

28 May Müstəqillik gününə həsr olunmuş konsert keçirilib - FOTOLAR
SOSİAL
11:37 29.05.2025
301
"İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı, Şəhriyar adına Mədəniyyət Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının iştirakı ilə 28 may - Müstəqillik gününə həsr olunmuş "Üçrəngli Bayrağın Kölgəsində" adlı konsert keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutan "Üçrəngli Bayrağın Kölgəsində" adlı konsert proqramında dövlət rəsmiləri, şəhid ailələri və qazilər, Milli Müdafiə Universiteti və Dövlət Sərhəd Xidmətinin Akademiyasının hərbi kursantları və müxtəlif sahələrdə çalışan ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.
     
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan gəncləri arasında milli mənsubiyyət hissini, vətən sevgisini və mədəni dəyərlərə bağlılığı daha da möhkəmləndirmək, eyni zamanda, gənclər arasında milli ruhun, müstəqillik dəyərlərinin təbliği, mədəni irsimizin yaşadılmasıdır.
     
Tədbirdən əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyev və ərazibütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, "Koroğlu” operasından "Cəngi” rəqsi və uvertüra səsləndirilib.

Konsertin davamında Azərbaycan Respublikasının Xalq artisti Ağadadaş Ağayev, Əməkdar artistlər Gülüstan Əliyeva, Sevinc Sarıyeva, Almaz Orucova, Şölə Səfərəliyeva, Zakir Əliyev, tanınmış və gənc ifaçılar Leyla Rəhimova, Cavidan Fatihi, Fərid Qaragöz, Mətləb Qurbanov, Aysel Hüseynzadə, tar ifaçısı Nurlan Cəfərlinski, balaban ifaçısı Anar Vəlizadə, Məqsəd Əzizovun rəhbəri olduğu "Balabançı” ansamblı, caz-pianoçular Ülvi İsmayıl, Məhəmməd Allahverdiyev, rəqqas İlkin Əsgərov və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Şəms” uşaq xoru, "Pərilər” vokal qrupu və Uşaq Folklor Rəqs Ansamblının ifalarında müxtəlif nəğmələr səsləndirilib, kompozisiyalar ifa edilib.
     
Konsert proqramı Azərbaycanın müstəqillik tarixinə ehtiramla yanaşan, milli birlik və azadlıq ruhunu tərənnüm edən, eləcə də bayram ab-havasını özündə cəmləyən musiqi və bədii kompozisiyalarla yadda qalıb.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı