“28 Mayda” ölümlə bağlı Metropolitendən – AÇIQLAMA

“28 Mayda” ölümlə bağlı Metropolitendən – AÇIQLAMA
Bütün Xəbərlər
13:12 09.01.2015
1535
Bu gün Bakı Metropoliteninin “28 May” metrostansiyasında ölüm hadisəsi baş verib.
Bakı Şəhər Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin AZXEBER.COM-a verdiyi məlumata görə, hadisə bu gün səhər saat 11.30 radələrində baş verib: “33 saylı marşrutla metronun “Nizami” stansiyasından “28 May” stansiyasına hərəkət edən qatarın vaqonunda olan sərnişinin halı qəfildən pisləşib. Dispetçer tərəfinədn təcili “28 May” stansiyasına Təcili Tibbi Yardım çağırılıb. “28 May” stansiyasında vaqon dayananda Təcili Tibbi Yardım orada olsa da, sərnişin artıq – Bakı sakini 1954-cü il təvəllüdlü Mironov Valeriy Alekseyeviç dünyasını dəyişib. Metropoliten işçiləri tərəfindən ölənin meyidi polis işçilərinə artıq təhvil verilib”.
Orxan
OXŞAR XƏBƏRLƏR