28 nəfəri əsirlikdən azad edən Milli qəhrəmanın ad günüdür
Bütün Xəbərlər
14:05 15.07.2012
1624
Bu gün Milli qəhrəman Əsəd Cəlal oğlu Əhmədovun ad günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, o, 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Əsəd Əhmədov 1992-ci ilin martında Milli Orduda hərbi xidmətə başlayıb, Şuşanın Zarıslı, Salatınkənd, Turşsu, Ağdamın Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, Laçın ətrafında 28 soydaşımızın əsirlikdən azad olunmasında xüsusi qəhrəmanlıq göstərib, 1992-ci il iyulun 31-də Papravənd uğrunda gedən döyüşlərdə həlak olub. Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.