28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldı

28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldı
SOSİAL
21:24 24.04.2026
760
Gədəbəy rayonunda gənc oğlanın meyiti aşkarlanıb.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

Məlumata görə, 28 yaşlı kənd sakini Əlişad İbadət oğlu Quluyevin cansız bədəni yaşadığı evin həyətindəki yardımçı tikilidə tapılıb. Gəncin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR