“28634 şagirddən heç kim maksimum bal toplaya bilməyib”

SOSİAL
17:26 21.05.2019
3260
11-ci sinif şagirdləri üçün aprelin 14-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.
 
AZXEBER.COM xəbər verir ki, bu məlumatı təhsil eksperti Kamran Əsədov yayaraq bildirib ki, imtahanda iştirak etmiş 28634 şagirddən heç kim maksimum bal toplaya bilməyib:

"Amma 7-də keçirilmiş buraxılış imtahanında iştirak etmiş 27660 nəfər şagirddən 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplamışdı. 7 aprel imtahanı Bakı şəhərini, 14 aprel isə bölgələri əhatə edirdi. Nəticə göstərir ki, regionlarda şagirdlər yeni imtahan modelinə tam şəkildə hazır deyillər və yeni test tapşırığı modellərini mənimsəməyiblər. Ümumilikdə 7 və 14 apreldə keçirilən imtahanda iştirak edən 56294 şagirddən 2 nəfəri maksimum nəticə göstərib ki, bu da çox aşağı nəticədir”.

Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100, ümumi yekun bal isə 300-dür.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:27 06.07.2020

Dövlət başçısı: "Hətta çətin bir dövrdə 30-dan çox ölkəyə yardım göstərmişik"

22:19 06.07.2020

Prezident: "Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir"

22:05 06.07.2020

"Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik"

21:45 06.07.2020

Azərbaycan Prezidenti: "Əlavə xəstəxanalara ehtiyac olacaq"

21:31 06.07.2020

Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb

21:27 06.07.2020

ETSN: Qızılağac milli parkında yanğın söndürülüb

21:22 06.07.2020

“Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir” - Prezident “Fairmont”dan danışdı

20:36 06.07.2020

Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

20:04 06.07.2020

Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi - YENİ QAYDALAR

19:40 06.07.2020

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”

19:02 06.07.2020

Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

19:00 06.07.2020

Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı - Video

18:34 06.07.2020

12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb - VİDEO

18:27 06.07.2020

AZAL-dan sərnişinlərə xəbərdarlıq: Provokasiyalara uymayın!

18:20 06.07.2020

Həkim: "COVID-19 analizinin cavabı mənfi olan bəzi xəstələrdə "buzlu şüşə" aşkarlanır"

17:59 06.07.2020

Avropada koronavirusun yeni dalğası başlayıb