Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq?

Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq?
SOSİAL
14:57 13.11.2026
119
Noyabrın 16-dan Azərbaycanda ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

AZXEBER.COM xəbər verir ki,  tətil noyabrın 16-dan 20-dək davam edəcək. Payız tətili məktəbəhazırlıq qruplarına da şamil olunacaq.

Tətildən sonra ilk dərs günü altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən məktəblərdə noyabrın 21-də, beşgünlük iş həftəsi ilə işləyən təhsil müəssisələrində isə noyabrın 23-də olacaq.

Qeyd edək ki, payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.
 

Beləliklə, 16–20 noyabr tarixlərini əhatə edən tətilə şənbə-bazar günləri də əlavə olunduqda şagirdlər ümumilikdə 9 gün istirahət edəcəklər.


OXŞAR XƏBƏRLƏR