Noyabrın 16-dan Azərbaycanda ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.
AZXEBER.COM xəbər verir ki, tətil noyabrın 16-dan 20-dək davam edəcək. Payız tətili məktəbəhazırlıq qruplarına da şamil olunacaq.
Tətildən sonra ilk dərs günü altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən məktəblərdə noyabrın 21-də, beşgünlük iş həftəsi ilə işləyən təhsil müəssisələrində isə noyabrın 23-də olacaq.
Beləliklə, 16–20 noyabr tarixlərini əhatə edən tətilə şənbə-bazar günləri də əlavə olunduqda şagirdlər ümumilikdə 9 gün istirahət edəcəklər.











































