29 yaşlı oğlanı qatar vurdu

29 yaşlı oğlanı qatar vurdu
Bütün Xəbərlər
17:48 02.07.2014
1737
Tovuz rayonunun Qovlar şəhərində 29 yaşlı gənci qatar vurub.
Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1985-ci il şəhər sakini təvəllüdlü Babək Hüseynovu sərxoş vəziyyətdə dəmir yolu xəttini keçərkən qatar vurub.
Ağır bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağ qolunu və sol əlindən 4 barmağını amputasiya ediblər. Hazırda Tovuz Mərkəzi Rayon Xəstəxanasında müalicə alan zərərçəkənin səhhətini həkimlər kafi qiymətləndirir.
OXŞAR XƏBƏRLƏR