Təhsil Nazirliyi Xəzər Universiteti, Qərb Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun akkreditasiya olunması ilə bağlı qərar qəbul edib. Lent.az-ın məlumatına görə, qərar bu gün nazirliyin Akkreditasiya Şurasının növbəti iclası zamanı qəbul olunub.Hər üç ali məktəbin fəaliyyət müddəti 5 il uzadılıb.