3 uşaq atası ağacdan yıxılıb öldü

3 uşaq atası ağacdan yıxılıb öldü
Bütün Xəbərlər
10:16 19.09.2013
985
Şəkinin Gunut kəndində bədbəxt hadisə baş verib.
 ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Şakir Əlibala oğlu Əhmədov yaşadığı evin həyətyanı sahəsində qoz çırpmaq üçün ağaca çıxıb.Ehtiyatsız hərəkət nəticəsində o, ağacdan yıxılıb. Hadisə nəticəsində Şakir Əhmədov ağır bədən xəsarətləri alıb. Onu Şəki Mərkəzi şəhər Xəstəxanasına çatdırsalar da, həkimlər Şakir Əhmədovun həyatını xilas edə bilməyib.Qeyd edək ki, Şakir Əhmədov 3 uşaq atasıdır.
OXŞAR XƏBƏRLƏR