3 yaşlı "AzVision.az"

3 yaşlı "AzVision.az"
MEDİA
11:33 01.10.2015
1607

Bu gün "AzVision.az" internet saytının 3 yaşı tamam oldu. "AzVision.az" internet saytı müstəqil media qurumudur. Sayt ölkənin və dünyanın hadisələrini izləyir, təhlil edir və oxuculara çatdırır. AzVision.az əyləncə və şou xarakterli məlumatlara yer ayırmır və ictimai-siyasi xarakterli ciddi media quruluşu olmağa iddialıdır.

AzVision.az müxtəlif sahələrə (siyasət, mədəniyyət, elm... ) aid özünün fərqli rubrikalarını və yanaşmalarını oxucularına çatdırır. Saytda multimedia materialarına üstünlük verilir.

Saytın rəhbəri, tanınmış jurnalist Vüsal Məmmədov öz şəxsi səhifəsində bununla bağlı maraqlı şərh paylaşıb:“Bu 3 ildə keçdiyimiz böyük yolu mənimlə gələn, mənimlə qalan, AzVision-u birlikdə böyüdən hər kəsə içdən və dərin təşəkkürlər!.. Mən bu redaksiyanı ən azı ailəm qədər sevirəm, burada hər kəs mənə doğmadır, AzVision ailəsinə daxil olan saytlar (AzVision.az, onun xarici versiyaları, Vzglyad.az, Femida.az, Kirpi.info) mənə öz balam kimi əzizdirlər. Hər birinin üstündə zəhmət çəkmişik, çəkirik, çəkəcəyik... Yadımdadır, AzVision.az yeni yaranan vaxtlarda hətta evə getmirdim, həftələrlə ofisdə qaldığım olub...Bu gün biz 30 nəfərlik kollektivlə 3 yaşımızı qeyd eləyəcəyik. Komandamızın hər bir üzvünü təbrik edirəm. "Bərabər yürüdük biz bu yollarda..."”

AZXEBER.COM informasiya portalı olaraq həmkarlarımızı təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik.

OXŞAR XƏBƏRLƏR