3 yük maşını “Jiquli”ni əzdi: - Ölən və yaralananlar var

3 yük maşını “Jiquli”ni əzdi: - Ölən və yaralananlar var
Bütün Xəbərlər
13:55 01.07.2014
783
Ötən gün saat 19:00 radələrində Kürdəmir rayonu Sığırlı kəndində yük maşınlarının iştirakı ilə zəncirvari yol qəzası baş verib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Müstəcəb İsgəndərovun idarə etdiyi “MAN”, Niyaməddin Kərimovun idarə etdiyi “KamAZ”, Mehrab Məmmədtağıyevin idarə etdiyi “VAZ-21074” və “TİR” markalı avtomobillər toqquşublar.
“TİR” markalı avtomobil hadisə yerindən qaçıb.
“Jiquli”də olan M.Məmmədtağıyevin azyaşlı oğlu Yusif hadisə yerində ölüb. Digər sərnişinləri - arvadı Ofeliya, qızları Günel və Mehriban, habelə N.Kərimov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR