30 ildir şüşə, çini, saxsı və dəmir parçalarını yeyən kişi - VİDEO

30 ildir şüşə, çini, saxsı və dəmir parçalarını yeyən kişi - VİDEO
Bütün Xəbərlər
16:16 19.05.2014
1752
Çinin 49 yaşlı sakini Yunşenq Lonq 30 ildir ki, şüşə, çini, saxsı və dəmir parçalarını yeyir.
ANS PRESS-in məlumatına görə, ona dəmir və şüşə yeməyi sirk artisti öyrədib. Təxminən 30 il əvvəl o, lik dəfə dəmir mismarları udmağa başlayıb.
17-18 yaşlarında ustadından əşyaları yeməyi öyrənən Yunşenq Lonq deyib ki, mən ustadımın xoşuna gəldim. O bilirdi ki, bu çətin işin öhdəsindən gələ biləcəyəm. Sənəti şaxtaçı olan 49 yaşlı çinli etiraf edir ki, bu gün ölkəsində ikinci onun kimi bacarıqlı bir vətəndaş yoxdur. “Mən bütün əşyaları uda bilirəm, bununla belə sağlamlığımdan da şikayətim yoxdur. Bu istedaddır”- deyən Yunşenaq Lonq, yediyi əşyaların içərisində mismarları ən dadlı sayır. Bundn əlavə o üzərində bir az yağı olan təzə mismarları xoşlayır. Yağlı mismarları o salata vurulan əlavə qatışıqla müqayisə edir.
Özünün qab-qacaq, dəmir-dümür yemək isteadı ilə məşhur olan Lonq ölkənin bayram və yarmarklarında “Fövqəladə insan” kimi maraqlı nömrələrlə çıxış edir. Göstərdiyi tamaşalarda o insanların gözü qarşısında müxtəlif növ əşyaları udur. Bir oturuma 10 kiloqramlıq çəkidə saxsı, şüşə, dəmir parçaları və mismarı birdəfəyə həzm - rabedən keçirir. Özünün bu hərəkətləri ilə fəxr edən çinli Lonq deyib ki, mənim boğazım polad kimi, mədəm isə betondan da möhkəmdir. Dünyada hələ elə bir əşya yoxdur ki, onu mən yeməyə bilim”.
Xatırladaq ki, Lonq planetimizdə yemək rasionuna qeyri-adi “ərzaqlar” qatan yeganə şəxs deyil. Bir hindli isə 20 il ərzində 22 tonh kərpic yemişdi.
OXŞAR XƏBƏRLƏR