İş adamı atasının qəbrinin üstünə getdi və özünü öldürdü
Bütün Xəbərlər
07:52 03.05.2011
1779
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Göyçay şəhəri Əli Kərim küçəsi, 27 saylı mənzildə yaşayan, 1969-cu il təvəllüdlü Həsənov Əli Nurəddin oğlu ötən gün saat 15.00 radələrində qəbiristanlıqda, atasının məzarının yanında 0.5 litr sirkə turşusu içərək intihar edib. Bu hadisədən gec xəbər tutan yaxınları onu Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. Vəziyyəti daha da ağırlaşdığı üçün ilkin tibbi yardımdan sonra Ə. Həsənov Respublika Toksikoloji Mərkəzə aparılıb. Əli Həsənov mayın 3-də gecə saat 03:00 radələrində dünyasını dəyişib.
Göyçay şəhərində avtomobillərin ehtiyat hissələrinin satış mağazasının sahibi olan Ə.Həsənovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.