Yaponiyanın paytaxtı Tokiyoda qanlı cinayət hadisəsi baş verib. Azxeber.com portalının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 27 yaşlı Yulta Saito adlı gənc içi sərnişinlə dolu iki avtobusa minərək, sərnişinləri bıçaqlamağa başlayıb. Hadisə nəticəsində ölən olmasa da, 5 sərnişinin vəziyyəti ağır olaraq qalır.
Hadisə yerində araşdırmalar aparan polis, həbs edilən şəxsin işsizlikdən bezərək belə bir yola əl atdığını açıqlayıb.
Faktla bağlı geniş araşdırmalar aparılır.