İbrahim Tatlısəsi robot gəzdirəcək

İbrahim Tatlısəsi robot gəzdirəcək
ŞOU-BİZNES
06:24 04.06.2011
1877
Mart ayında silahlı hücum nəticəsində başından yaralanan və sol tərəfi iflic olan məşhur türk müğənnisi İbrahim Tatlısəsin gəzməsinə robot kömək edəcək. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənninin yerimək qabiliyyətini özünə qaytarmaqda "Lokomat" adlı robot yardım edəcək.

58 gün Almaniyada fiziki müalicə alan sənətçi ötən gün reablitasiya mərkəzində professor Tunç Alp Kalyonun rəhbərliyi ilə müalicə proqramına başlayıb. Həkimin sözlərinə görə, Tatlısəsin vəziyyəti son dərəcə yaxşıdır.

Qeyd edək ki, İ.Tatlısəs aprel ayından bəri müalicə aldığı Almaniyadan ötən gün qayıdıb. Məlumata görə, müğənni bığları və saçları boyanmadığı üçün hava limanından xəstəxanaya gedərkən şəkil çəkdirmək istəməyib.

 

OXŞAR XƏBƏRLƏR