İctimai Palata şəhərin mərkəzində etiraz aksiyası keçirdi
Bütün Xəbərlər
09:46 02.04.2011
1879
Aksiyanın təyin olunduğu “Fəvvarələr” meydanına buraxılmayan müxalifətçilər paytaxtın ayrı-ayrı hissələrində qrup halında müxtəlif şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları “28 May” küçəsi və “Azadlıq” prospekti istiqamətində toplaşmağa cəhd etsələr də, polis aksiya cəhdinin qarşısını alıb. Bir qrup aksiya iştirakçısı is şüarlar səsləndirə-səsləndirə Füzuli küçəsi ilə Dövlət Dram Teatrına doğru irəliləyib.
Etiraz aksiyası zamanı Səməd Vurğun küçəsində bəzi mağazaların, tikililərin, habelə “Bank Standard”ın şöbəsinin pəncərələrinin şüşələri və qapısı sındırılıb. Aksiyanın təşkilatçıları isə bildirib ki, baş vermiş hadisə təxribatçılar tərəfindən törədilib.