İctimai Palata bu dəfə Nərimanovu seçdi

İctimai Palata bu dəfə Nərimanovu seçdi
Bütün Xəbərlər
16:14 16.06.2011
1398
Bu barədə Lent.az-a İP KŞ-nin üzvü Vidadi Mirkamal məlumat verib. O bildirib ki, iclasda qəbul olunan ən vacib qərar iyunun 19-da keçirilməsi planlaşdırılan mitinqlə bağlıdır: “Biz elə iclas zamanı Bakı Şəhər icra Hakimiyyətinə mitinqlə bağlı ünvanladığımız məktuba cavab aldıq. Bəlli oldu ki, BŞİH yenə bizim tələb etdiyimiz “Nərimanov” parkının qarşısındakı meydanı verməkdən imtina edib. İP KŞ-nin mitinqlə bağlı yekun qərarı belə oldu ki, BŞİH əvvəlcədən tələb etdiyimiz yerdə mitinq keçirməyə razılaşması da, biz, iyunun 19-da həmin yerdə mitinq keçirəcəyik”.

V.Mirkamal bəyan edib ki, əvvəlcədən də elan olunduğu kimi, İctimai Palata iyunun 19-da “Nərimanov” parkının qarşısındakı meydanda mitinq keçirəcək.

OXŞAR XƏBƏRLƏR