İdman jurnalistinə hörmətsizlik

İDMAN
13:20 12.05.2011
1827

Litva Jurnalistlər ittifaqının təşkil etdiyi turnirə Azərbaycan da dəvət alıb. Ölkəmizi turnirdə Bakı jurnalistlər yığması təmsil edəcək. 

Bununla bağlı Fanat.az maraqlı məlumat əldə edib. Belə ki, jurnalistlərin turnirə yollanması üçün vəsait ayırmağı boynuna götürən Gənclər və İdman Nazirliyi şərt irəli sürüb. Nazirlik “Xəzər TV”-də “Futbol saatı” verilişinin aparıcısı Emin Abbasovun adının siyahıdan çıxarılmasını tələb edib.

Əvvəllər peşəkar futbolla məşğul olan tanınmış aparıcıya qarşı qoyulan qadağa təşkilatçıları çətin vəziyyətə salıb. Amma AGİN-in qadağasını aradan götürmək mümkün olmayıb. Emin Abbasovun Litvaya aparılması üçün AFFA-ya müraciət olunması planlaşdırılsa da, “Futbol saatı”nın aparıcısı turnirdə iştirak etməmək qərarına gəlib.

mənbə fanat.az

OXŞAR XƏBƏRLƏR