Hazırda “Twitter”in satışı ilə bağlı danışıqlar ilkin mərhələdədir və tərəflərdən heç biri faktı rəsmən təsdiqləmir. “The Wall Street Journal” yazır ki, maliyyə böhranı fonunda keçən il “Twitter”in gəlirləri 45 milyon dollar olub. Bu il mikrobloqun gəlirlərinin 110 milyon dollara çatacağı gözlənilir.