İlham Əliyev: “Bir neçə aydan sonra maaşlar, pensiyalar qaldırılacaq”

İlham Əliyev: “Bir neçə aydan sonra maaşlar, pensiyalar qaldırılacaq”
Bütün Xəbərlər
10:56 15.04.2011
1857
O, bildirib ki, həm ölkə daxilində gedən proseslər müsbət istiqamətdə inkişaf var, həm də bütün sosial-iqtisadi məsələlər həll olunur. “İndi biz bunu Masallı rayonunun timsalında da görürük. Qazlaşdırma, su, kanalizasiya, yollar, elektrik enerjisi təchizatı, infrastruktur, məktəblər, tibb məntəqələri. Yəni bütün bu məsələlər onu göstərir ki, ölkə sürətlə inkişaf edir”, - deyən dövlət başçısının sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənir. 

Prezident İlham Əliyev Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumuna da toxunub. Onun fikrincə, tədbirin yüksək səviyyədə keçirilməsi bütün dünyaya Azərbaycanı olduğu kimi təqdim edib: “Biz ilk növbədə, öz milli dəyərlərimizə sadiqik. Bugünkü müstəqil dövlətimiz məhz milli dəyərlər üzərində qurulub. Biz öz dini ənənələrimizə sadiqik. Müqəddəs İslam dininin dünyada təbliği üçün Azərbaycan çox böyük işlər görür. Azərbaycanda din-dövlət münasibətləri elə qurulub ki, bu, bütün ölkələr üçün nümunə, örnək olmalıdır. Eyni zamanda, bütün başqa dinlərin nümayəndələrinə də həmişə Azərbaycanda xoş münasibət olub və bu münasibət bu gün də var. Milli, dini dözümlülük, tolerantlıq Azərbaycan xalqına və bütün Azərbaycan vətəndaşlarına xas olan məsələlərdir. Bu forumun yüksək səviyyədə keçirilməsi, Forum çərçivəsində çox mühüm və dəyərli fikirlərin səslənməsi, əlbəttə ki, müasir Azərbaycanın gücünü göstərir. Yenə də deyirəm, istənilən sahədə ölkəmiz böyük fərəh hissi ilə özünü dünyaya təqdim edir. Həm iqtisadi inkişaf, həm siyasi sabitlik, həm dünyaya baxışlarımız, Azərbaycanda sözün əsl mənasında vətəndaş cəmiyyətinin formalaşması, dini dəyərlərə münasibətimiz, bütün bunlar bizi gücləndirir”.

Bu gün Azərbaycan dövləti müstəqil dövlət kimi tam formalaşıb. Dövlətçiliyimizin əsasları tam şəkildə qurulub və biz bu gün daxili imkanlar hesabına yaşayırıq”.
Prezident İlham Əliyevin fikrincə, əgər Azərbaycanda güclü iqtisadi əsaslar olmasaydı və neft siyasəti düzgün aparılmasaydı, bu gün biz də o vəziyyətə düşə bilərdik: “Amma kim bizə kömək edəcək? Biz indi bölgədə gedən proseslərə müəyyən mənada ikili standartlarla yanaşmanı görürük. Bu barədə mən öz fikirlərimi bildirmişəm. Biz uzun illərdir ki, ikili standartlarla üzləşirik. Bizə əgər kimsə kömək etsəydi belə, yəqin ki, bu köməyi təmənnasız göstərməzdi. Amma bu gün bizim ehtiyacımız yoxdur. Çünki biz özümüz özümüzü təmin edirik. Biz artıq böyük maliyyə resursları yığmışıq, iqtisadi inkişaf gedir. Böhranlı illərdə manatın məzənnəsini sabit saxlamışıq, imkan verməmişik ki, sosial cəhətdən aztəminatlı insanlar əziyyət çəksinlər. Böhranlı 2009-2010-cu və 2011-ci illərdə sosial proqramlar icra edilib. Bir neçə aydan sonra maaşlar, pensiyalar qaldırılacaq. Suya olan borclar silinir. Budur, bizim siyasətimiz. Bizim siyasətimiz sosialyönümlüdür. Eyni zamanda, biz müstəqilliyin gücləndirilməsi üçün bütün imkanlardan istifadə edirik və edəcəyik. Biz müstəqil yolumuzdan dönməyəcəyik və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu