“Uzun illərdir ki, Azərbaycan əraziləri işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlı qaçqın vəziyyətinə düşüb və ərazimizin 20 faizi 20 ildir ki, işğal altındadır”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Çexiya prezidenti Vatslav Klausla görüşdən sonra mətbuata bəyanatında deyib.
Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının qətnamələrində erməni silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılmasının tələb edildiyini bildirib: “Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmamış qalır. ATƏT-in qərarları, Avropa Parlamentinin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri eyni tərzdədir və eyni məna daşıyır. Münaqişə beynəlxalq hüququn normaları əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bundan sonra regionda sülh bərqərar olunacaq. Münaqişə beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır”.