İlham Əliyev Mərakeş Kralına başsağlığı verib

Bütün Xəbərlər
14:16 29.04.2011
1567

Azərbaycan prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə başsağlığı verib. “Mərrakeş şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Mərakeş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”, - deyə prezidentin başsağlığı məktubunda vurğulanır.

Qeyd edək ki, Mərrakeş şəhərində kafelərdən birində törədilmiş terror aktı nəticəsində 16 nəfər həlak olub.

 

OXŞAR XƏBƏRLƏR